SOSİUM

Azərbaycan qəhrəmanlıq medallarının sayını artırır
04 OKTYABR
216

Azərbaycan qəhrəmanlıq medallarının sayını artırır

2016-10-04 15:29:00

Azərbaycanda vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün yeni medal təsis edilir.

Milli Məclisdən verilən məlumata görə, bu, “Şücaətə görə” medalıdır.

Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə yeni hissələr təklif edilir.

“Şücaətə görə” medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcək. Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib. Medal müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif ediləcək. 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib və oktyabrın 14-də müzakirəyə çıxarılacaq. 

Məmnə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270