SOSİUM

Papa Bakıya gəlir - Polis hazırlığa başladı
01 OKTYABR
396

Papa Bakıya gəlir - Polis hazırlığa başladı

2016-10-01 14:17:00

Roma Papası II Françaisin Azərbaycana sabah baş tutacaq səfəri ilə bağlı yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Bu barədə Fins.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumat verir.

Papanın səfəri ilə bağlı təhlükəsizlik tədbirlərinə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları rəhbərlik etsələr də, prosesə əlavə polis qüvvələri də cəlb olunacaq. Bu, ən üst dərəcəli təhlükəsizlik tədbiri olacaq. Bir günlük səfər zamanı Papanın gedəcəyi məkanlar nəzarət altında saxlanılacaq, müəyyən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, səfəri zamanı Azərbaycan prezidenti və dini liderlərlə görüşlər planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272