SOSİUM

Təhsil kreditləri məsələsi həll olunmalıdır
30 SENTYABR
342

Təhsil kreditləri məsələsi həll olunmalıdır

2016-09-30 12:55:00

"Bir müddət əvvəl Azərbaycanda Maarifçi Tələbə Kredit Fondu yaradıldı. Amma təəssüflər olsun ki, bu quruma 11 universitet üzv oldu. Bu da müəyyən problemlər yaradır”.

Bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu sahədə problemlər tam həllini tapmayıb: “Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Maarifçi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275