SOSİUM

Rektorun Bakıya səfəri
30 SENTYABR
160

Rektorun Bakıya səfəri

2016-09-30 10:34:00

MGİMO universiteti Bakıdakı məzunları ilə görüşüb.

Sentyabrın 28-i Rusiyanın MGİMO universitetinin rektoru A.Torkunovun Bakıya səfəri çərçivəsində Azərbaycanlı MGİMO məzunlarının assosiasiyasının prezidenti Leyla Əliyeva ilə görüşü baş tutub. Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Anatoliy Vasilyeviç Leyla Əliyevanı MGİMO-nun “Xidmətlərinə görə” medalıyla təltif edib. Axşam qeyri-formal şəraitdə MGİMO məzunlarının görüşü baş tutub. Görüşdə Universitetin ümumi məsələlər üzrə prorektoru A.Malgin, “Aydın Qurbanov Fondu”nun prezidenti, MGİMO 2012-nin məzunu S.Qurbanov, təbiətdən istifadə və ekologiya kafedrasının müdiri R.Əliyev iştirak edib.

29-30 sentyabr tarixlərində keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda MGİMO-nun nümayəndə heyəti də iştirak edib. Universitet rektoru A.Torkunov forumda “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanitar təcrübəyə qədər” mövzusunda keçirilən dəyirmi masada moderator qismində çıxış edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274