SOSİUM

Bakının bu ərazilərində qaz kəsiləcək
30 SENTYABR 2016
481

Bakının bu ərazilərində qaz kəsiləcək

2016-09-30 09:59:00

Bu gün Bakı şəhəri Nizami rayonunun  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Fins.az xəbər verir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız -qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından, sentyabrın 30-da saat 09:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294