SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
29 SENTYABR
185

Sabaha olan – HAVA PROQNOZU

2016-09-29 12:57:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin sentyabrın 30-na olanməlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

arabir yağış yağacağı, intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq. 

Xəbərdarlıq

Sentyabrın 30-dan oktyabrın 01-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275