SOSİUM

Azərbaycanda təhsil sərgisi keçiriləcək
28 SENTYABR
164

Azərbaycanda təhsil sərgisi keçiriləcək

2016-09-28 17:26:00

Oktyabrın 7-9-da Bakı Ekspo Mərkəzində 10-cu Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. Təhsil Nazirliyindən fins.az-a verilən xəbərə görə, sərgidə Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisəsi, kollec və digər təhsil qurumlarının nümayəndələri öz təhsil proqramlarını təqdim edəcəklər.

Sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.

Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar. Sərgidə ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək mümkün olacaq.

Təhsil Sərgisinə giriş 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, ali məktəb rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq.

Sərgidə iştirak etmək istəyənlər elektron qaydada bu link dən qeydiyyatdan keçə bilərlər. http://eduexpo.az/2016/?p=visitors_fast_register

Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274