SOSİUM

Kollecinin direktoru işdən çıxarıldı – AÇIQLAMA
28 SENTYABR
294

Kollecinin direktoru işdən çıxarıldı – AÇIQLAMA

2016-09-28 15:12:00

Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov işdən azad edilib. Təhsil Nazirliyindən fins.az-a verilən məlumata görə, buna keçmiş direktorun səhlənkarlığı səbəb olub.

Belə ki, Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib. Kollecin ərazisindəki futbol meydançasının üzərində “İnteks MMC” şirkəti yeni yaşayış kompleksinin inşasına başyıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb.

Tikinti işlərinə cəlb olunan texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib. Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.

Anar Mayılov isə bütün bu problemlərə göz yumub. Direktor kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməyib. Ona görə də A.Mayılov təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, artıq Kollecin ərazisində tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırılıb. Təhsil Nazirliyi təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı ciddi mübarizə tədbirlərini davam etdirəcəyini bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275