SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
27 SENTYABR
498

Sabaha olan – HAVA PROQNOZU

2016-09-27 13:03:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin avqustun 28-nə olanməlumatına görə:

Bakıda və Abşeron yarımadasında

buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı,  bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271