SOSİUM

Bakıda ən çox hansı kitablar oxunur? – SORĞU NƏTİCƏLƏRİ
23 SENTYABR
595

Bakıda ən çox hansı kitablar oxunur? – SORĞU NƏTİCƏLƏRİ

2016-09-23 19:09:00

Bakı sakinlərinin təqribən yarısı bədii ədəbiyyat oxuyur, ən çox oxunan kitablar isə detektiv romanlarıdır. Fins.az-ın məlumatına görə, bu "ACT Azərbaycan" təşkilatının 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğu da məlum olub. Şirkətdən verilən məlumata görə, sorğuda iştirak etmiş respondentlərin 47%-i son bir ildə bədii ədəbiyyat oxumadığını bildirib. Rəyi soruşulanların 15 %-i bədii əsərləri ayda bir dəfə, 13%-i isə ildə bir dəfə oxuduqlarını bildiriblər.

63 % respondent son bir ildə qeyri ədəbiyyat oxumadığını bildirib. Hər gün mütaliə edənlər isə 14 % təşkil edir.

17 % respondent hər gün dini mövzularda kitablar oxuyur. 57% respondent isə son bir ildə ümumiyyətlə dini ədəbiyyatla maraqlanmayıb.

Sorğuda iştirak etmiş respondentlərin 31%-i detektiv janrda yazılan kitabları oxumağa üstünlük verir. Rəyi soruşulanların 24%-i məhəbbət, 22%-i isə tarixi romanları seçdiklərini bildiriblər.
Gənc (18-34 yaş aralığı) və ahıl (55 yaş və daha yüksək) nəslin nümayəndələri detektiv janrında yazılmış əsərləri daha çox bəyənir (müvafiq olaraq 35% və 30%). Orta nəslin nümayəndələri üçün (35-54 yaş aralığı) tarixi romanlar daha cəlbedicidir.

Son bir ildə mütaliə edənlərin 55%-i azərbaycan ədəbiyyatını, 24%-i azərbaycan dilinə tərcümə olunmuş xarici ədəbiyyatı, 18%-i isə rus dilinə tərcümə olunmuş ədəbiyyatı oxuduqlarını bildiriblər. Əsərləri orijinal dildən mütaliə edənlərin faizi 21-ə bərabərdir.

Xarici ədəbiyyat sevənlər rus (63%), ingilis (23%), türk (7%), ərəb (5%) və ispan (1%) müəlliflərinin əsərlərini oxumağa üstünlük verirlər.

Əcnəbi əsərlərin azərbaycan dilinə tərcüməsindən razı qalanlar sorğuda 31% səs toplayıb. Narazılar isə 16%-ə bərabərdir.

Əsərləri elektron formatda oxuyanlar sorğuda 36% nəticə göstərib. Bu göstəricinin 51%-ni 18-34 yaş aralığında olan oxucular təşkil edib. Mütaliənin ənənəvi formasına - kitablara sadiq qalanlar isə 83% təşkil edib.

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275