SOSİUM

Sabaha olan - HAVA PROQNOZU
23 SENTYABR
472

Sabaha olan - HAVA PROQNOZU

2016-09-23 12:48:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə:
Bakıda və Abşeron yarımadasında                                    
Sentyabrın 24-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
Sentyabrın 24-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 11-16 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 25-i gündüz, 26-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272