SOSİUM

Qafqaz universitetinin diplomu tanınmayacaq - Rektordan açıqlama
22 SENTYABR
935

Qafqaz universitetinin diplomu tanınmayacaq - Rektordan açıqlama

2016-09-22 16:53:00

Bir neçə gün əvvəl Türkiyə mediasında FETÖ-nün xaricdəki ali məktəblərinin diplomlarının tanınmayacağı barədə məlumat yayımlanıb. 

“Qafqazinfo” olaraq sentyabrın 19-u Təhsil Nazirliyinə sözügedən siyahıda Qafqaz universitetinin adının olub-olmaması ilə bağlı sorğu göndərsək də, hələ də cavab verilməyib.

Bu gün isə Unikal.org saytı Qafqaz universitetinin diplomlarının da Türkiyədə tanınmayacağı barədə məlumat dərc edib.

Universitetin rektoru Havar Məmmədov isə Lent.az-a açıqlamasında qərarla bağlı Qafqaz Universitetinin idarə heyətində heç bir məlumat olmadığını bildirib:

“Ola bilsin ki, Türkiyə Təhsil Şurası belə bir qərar qəbul etsin, amma o qərarla biz tanış olmamışıq. Ancaq qərara baxmayaraq, bütün dünyada diplomların, ixtisasların tanınması qaydaları, şərtləri var ki, bu şərtlərə əsasən diplomlar tanınır. Bizim də universiteti bitirən bütün tələbələrin diplomları Türkiyədə, eləcə də digər xarici ölkələrdə tanınacaq. Universitetimizin bakalavrlarının Türkiyədə magistr təhsili ala bilməyəcəkləri barədə xəbərə gəldikdə isə, onu deyim ki, bizim tələbələr xaricdə təhsil almaq hüququndan əvvəl olduğu kimi istifadə edə biləcəklər.Tələbələrimiz heç narahat olmasınlar, biz hər zaman tələbələrimizin arxasındayıq. Hər şey qaydasına düşəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272