SOSİUM

Məhkəmənin səlahiyyəti Vergilər Nazirliyinə verilir
22 SENTYABR
427

Məhkəmənin səlahiyyəti Vergilər Nazirliyinə verilir

2016-09-22 15:18:00

Vergilər Nazirliyinə yeni səlahiyyət verilir. Milli Məclisdən Fins.az xəbər verir ki, bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudiyyətin götürülməsi barədə vergi orqanları qərar qəbul edəcək.

Hazırda qüvvədə olan maddəyə əsasən isə bu məhdudiyyətin aradan qaldırılması üçün vergi orqanları iki iş günü ərzində məhkəməyə müraciət etməlidir.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274