SOSİUM

WoWoman “HR academy excellence through people” adlı forum keçirdi
22 SENTYABR
390

WoWoman “HR academy excellence through people” adlı forum keçirdi

2016-09-22 14:42:00

WoWoman, 2015-ci il fevral ayında qadınların inkişafı üçün, onların ən qeyri-adi, çılğın, “qeyri-mümkün” arzularını həyata keçirmək üçün yaradılan platformadır.
WoWoman müxtəlif sahələrdə bir çox təlim proqramları və layihələr həyata keçirmiş platforma olaraq bu dövrün ən tələb olunan təlim proqramını Wowoman:HR Academy-ni Azərbaycanın aparıcı şirkətlərinin HR menecerlərini cəlb edərək(Deloitte,BP,European Tobacco,Azercell,Keel Academy) yaratdı.
HR Akademiyası xanımlara təmənnasız olaraq HR sahəsində qabiliyyətlərini inkişaf etdirməyə, əxlaqi və ehtiramlı iş mühiti yaratmağa və düzgün iş nizamlanmasına riayət etməyə kömək edən təlim kursudur. İki aylıq təlimi 35 iştirakçı uğurla bitirərək sertifikatla təltif olundu.

Layihənin davamı olaraq 17 sentyabr saat 15:00-18:00 İqtisad Universitetində “Excellence through People” adlı Forum təşkil olundu. Forumda çıxış edənlər Azərbaycanın aparıcı şirkətlərinin: Deloitte, Edumedia, Kapital Bank, European Tobacco Baku, Yarat, Gilan Holding, Pasha Bank və s. HR Direktor və Menecerləri oldu.
Forum üç hissədən ibarət idi. Ilk öncə layihənin rəhbəri Çinarə Əliyeva layihə haqqında qısa məlumat verdi. Daha sonra forumun birinci hissəsinə start verildi və Kapital Bank ASC-nin HR Direktoru Fərqanə Məmmədova “Qadın HR menecer- üstünlüklər və çətinliklər” mövzusunda, Edumedia- nın HR Direktoru Ulkər Piriyeva “İş yerində effektiv ünsiyyət: İnam və güvən mədəniyyəti çərçivəsində uğurun təşviqi” mövzusunda və YARAT Contemporary Art Space-in HR Direktoru Fəridə Əmirova çıxış edərək “İnsan resuslarının peşəkar təcrübə modeli- uğura gedən yol” mövzusunda iştirakçılara məlumat verdi.
Forumun ikinci hissəsində moderator Taleh Qasımov tərəfindən panel diskussiyası keçirildi. Bəy HR-ların panel diskussiyasından və qadın HR-ların panel diskussiyasından ibarət oldu. Bəy HR-ların siyahısında Gilan Holding-in HR Direktoru Allahverdi Bagirov, European Tobacco şirkətinin HR Meneceri Elçin Şükürov, Azərsun şirkətinin işə qəbul şöbəsinin rəhbəri Elçin Əzimli və PSG şirkətinin CEO-su Elvin Mahmudov kimi Azərbaycanın aparıcı şirkətlərinin HR Menecer və Direktorları oldu.
Qadın HR-ların siyahısında isə Deloitte şirkətinin HR Direktoru Vusala Kərimova, Pasha Bank ASC-nin Hr Direktoru Çimnaz Qasımova, Kapital Bank ASC-nin HR Direktoru Fərqanə Məmmədova, Edumedia-nın HR Direktoru Ülkər Piriyeva və Yarat Contemporary Art Space-in HR Direktoru Fəridə Əmirova kimi Azərbaycanın aparıcı şirkətlərinin HR Menecer və Direktorları var idi.

Facebook: https://www.facebook.com/wowoman.hracademy.az/?fref=ts
Əlavə sual yaransa aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.
İbrahimova Sevil
Əlaqə nömrəsi: +994509640478

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275