SOSİUM

Azərbaycan Yuxarı Orta-Gəlirli ölkələr siyahısına düşdü
21 SENTYABR
262

Azərbaycan Yuxarı Orta-Gəlirli ölkələr siyahısına düşdü

2016-09-21 12:50:00

Dünya Bankı (WB) Azərbaycanı Yuxarı Orta-Gəlirli (Upper Middle-Income) siyahısına daxil edib. 

Fins.az xəbər verir ki, bu siyahıya Azərbaycanla yanaşı dünyanın 55 ölkəsi adı salınıb. 

Məlumatda qeyd edilir ki, Gürcüstan, Türkiyə və Rusiya Azərbaycanla eyni siyahıda yer alsa da, Ermənistan Aşağı Orta-Gəlirli (Lower Middle-Income) ölkələr sırasındadır. Ümumilikdə bu siyahıya Ermənistanla birlikdə 52 ölkə daxildir. 

Qeyd edək ki, WB bu kateqoriya üzrə ölkələri 4 qrupa ayırıb. Birinci qrup Aşağı Gəlirli (Low-Income) ölkələrdir ki, bura 31 ölkənin adı daxildir. Bankın sıralamasında Yüksək Gəlirli (High-Income) ölkələrin sayı isə 82 göstərilib.

Xatırladaq ki, siyahıda ümumilikdə 200 ölkənin adı yer alıb. 

Eləcə də bax: Lokautdan istifadə məhdudlaşdırılır – Yeni Konstitusiyada əksini tapıb
Eləcə də bax: Orta məktəblərdə təmayüllər üzrə təhsil genişlənir

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275