SOSİUM

Azərbaycanda kinoteatrlar daha da populyarlaşır – STATİSTİKA
21 SENTYABR
227

Azərbaycanda kinoteatrlar daha da populyarlaşır – STATİSTİKA

2016-09-21 11:06:00
2015-ci ildə kinoteatrlara gələnlərin sayı iki dəfədən çox artıb və 559,4 min nəfər təşkil edib. Bu haqda Fins.az Dövlət Statistika Komitəsinin mədəniyyət və incəsənət müəssisələri ilə bağlı hesabatına  istinadən xəbər verir.
 
Hesabata əsasən, Azərbaycanda 28 kinozalı olan 10 kinoteatr fəaliyyət göstərir. 2015-ci ildə üç kinoteatr istismara verilib.
Kinoteatrların böyük əksəriyyəti Bakıda yerləşir. Paytaxtda 26 kinozalı olan səkkiz dövlət və özəl kinoteatr var.
Bakıda kinoteatrlara girış göstəriciləri belədir:
 
Binəqədi rayonu – 287,7 min tamaşaçı;
Nəsimi rayonu – 245,4 min tamaşaçı;
Səbail rayonu – 8,5 min tamaşaçı;
Nizami rayonu – 1,6 min tamaşaçı.
 
Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin kinoteatrların mülkiyyət formasına görə sayı ilə bağlı məlumatı bazardakı real mənzərə ilə üst üstə düşmür. Məsələn, “Park Cinema” beş kinoteatrla (Park bulvar, Metro Park, Flame Towers, Zagulba və Amburan), “CinemaPlus” isə üç kinoteatra (28 Mall, Amburan Mall və Khamsa Park-Gəncə) malik olduğunu deyir.
 
Qeyd edək ki, kinoteatrlarda rəsmən 4633 yer var, 2014-cü ildə 25,5% artım olub. Üç dövlət kinoteatrının payına 1807 yer düşür. 2015-ci ildə dövlət kinoteatrlarına 165 min tamaşaçı gedib. Bu, əvvəlki ildəkindən 10,3 min nəfər çoxdur. Özəl kinoteatrlara gedənlərin sayı 313,3 min artıb. Bu da böyük ehtimalla onların gəlirlərinin leqallaşması ilə bağlıdır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272