SOSİUM

Şəki DSMF-da maliyyə pozuntuları aşkarlanıb
20 SENTYABR
308

Şəki DSMF-da maliyyə pozuntuları aşkarlanıb

2016-09-20 12:12:00
Hesablama Palatasının kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrası müzakirə olunub. Bu barədə fins.az-a Palatadan məlumat verilib.
 
Bildirilib ki, kollegiya DSMF Şəki şöbəsində əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilib. 
 
Eyni zamanda, Şəki şəhər İcra Hakimiyyəti başçısının Şəki kəndindəki Nümayəndəliyi tərəfindən bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək hüquqi əsası və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulması ehtimalı üzə çıxıb. Bunu nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272