SOSİUM

JTI şirkəti Azərbaycanda altıncı su layihəsini reallaşdırıb
19 SENTYABR
326

JTI şirkəti Azərbaycanda altıncı su layihəsini reallaşdırıb

2016-09-19 19:52:00

Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə reallaşdırıb. Sayca altıncı olan layihə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şamaxı rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilib.
Açılış mərasimində çıxış edən Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov və MQF-nin Prezidenti Rauf Zeyni layihə haqqında məlumat vermiş və layihənin əhəmiyyətini qeyd edərək onun icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roberts İnapss JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, MQF-yə əməkdaşlığa görə təşəkkür edərək belə layihələrin davam etdiriləcəyini bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.
Su təchizatı qurğusunun ümumilikdə qəsəbə və ondan kənarda yaşayan 5,000-ə qədər insanı içməli su ilə təchiz edəcəyi gözlənilir. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və dörd tonluq çən quraşdırılıb.
2014-cü ildən başlayaraq JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Lerik, Balakən və Yardımlı rayonlarının müxtəlif kənd və qəsəbələrində içməli su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 25 min nəfər içməli su ilə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272