SOSİUM

Qiymət artımı əhalinin gəlir artımını – ÜSTƏLƏYİB
19 SENTYABR
235

Qiymət artımı əhalinin gəlir artımını – ÜSTƏLƏYİB

2016-09-19 11:30:00

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri 28 milyard 972,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən fins.az-a bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artıqdır. İlk 8 ayda əhalinin adambaşın gəlirləri isə 3 011,7  manat təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% yüksəkdir.
Bununla yanaşı, qeyd edək ki, bu dövrdəki inflyasiya göstəriciləri əhalinin gəlirlərinin artımını üstələyib. Belə ki, DSK-nin məlumatına görə, bu dövrdə ölkədə ümumi qiymət artımı 10,8% olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272