SOSİUM

Məhkəmə bildirişləri elektron poçt və SMS vasitəsilə göndəriləcək
19 SENTYABR
197

Məhkəmə bildirişləri elektron poçt və SMS vasitəsilə göndəriləcək

2016-09-19 10:38:00

"Təklif edilən Qanun layihəsinə əsasən, artıq iqtisadi mübahisələrlə bağlı vətəndaşlar məhkəmələrə müraciətlərini (iddia ərizələri, şikayətlər, digər sənədlər) həm də elektron qaydada təqdim edə biləcəklər. Həmçinin məhkəmə bildirişləri, məhkəmə baxışı ilə bağlı digər uyğun məlumatlar elektron poçt və telefonlara SMS vasitəsilə göndəriləcək”.

Bu barədə deputat Vüsal Hüseynov Milli Məclisin gündəliyində olan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərlə bağlı Xəzər TV-nin Xəbərlər proqramına verdiyi qısa açıqlamada bildirib.  

Eyni zamanda millət vəkili məsələ ilə bağlı öz Facebook səhifəsində də paylaşım edib:

“Şəxslər elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçməklə və yaratdıqları elektron kabinet vasitəsilə bu xidmətlərdən istifadə edə biləcəklər. Qanun layihəsinə əsasən iqtisadi mübahisələrlə bağlı məhkəmə iclaslarının fasiləsiz video-audio yazılışının aparılması da təmin ediləcəkdir. Mövcud layihənin yalnız iqtisadi mübahisələr üzrə işləri əhatə etməsi sistemin yeni tətbiq ediməsi və pilot layihə xarakterli olması ilə bağlıdır. Gələcəkdə bu sisteminin əhatəsi genişlənəcək və bütün məhkəmə işlərini əhatə edəcəkdir.

Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin etmək məqsədini daşıyır . Bu informasiya sisteminin fəaliyyəti şəxslərin məhkəmələrlə olan ünsiyyətində şəffaflığı, aşkarlığı və məmnunluğu, insanların hüquqlarının səmərəli müdafiəsini və hər hansı neqativ halların qarşısının alınmasını təmin edəcəkdir”.

Qeyd edək ki,  qanunun 2017-ci il 1 yanvar tarixdən qüvvəyə minməsi nəzərdə tutulur.

Mənbə: 1news.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275