SOSİUM

İlham Əliyev Sabirabadda müşavirə keçirir
17 SENTYABR
678

İlham Əliyev Sabirabadda müşavirə keçirir

2016-09-17 11:19:00

Azərbaycan İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfər edib.

Fins.az xəbər verir ki, prezident Sabirabad şəhərinin mərkəzi meydanındakı Heydər Əliyevin abidəsini ziyarət edib. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

Daha sonra İlham Əliyev Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub. Dövlət başçısı pambıqçılarla görüşüb, onlarla söhbət edib.

Hazırda dövlət başçısının sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Prezident müşavirədə nitq söyləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272