SOSİUM

Yeni universitet fəaliyyətə başladı
16 SENTYABR
2544

Yeni universitet fəaliyyətə başladı

2016-09-16 18:15:00

Fransa-Azərbaycan Universiteti (UFAZ) fəaliyyətə başladı. Fins.az xəbər  verir ki, Universitetin açılışı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutub.

Mərasimdə təhsil Naziri cənab Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Zati-Aliləri Xanım  Orelia Buşez, Fransa Təhsil Nazirliyinin  Avropa və Beynəlxalq Əlaqələr və Əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Xanım Marian  Brünhof və Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti  Cənab Fransis Kern iştirak edib.

Qeyd edək ki, bu il UFAZ-a 143 tələbə qəbul olub. UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni təmirdən çıxmış və təchiz olunmuş binasında  bakalavr səviyyəsində  4 ikili ali təhsil diplomun hazırlığını həyata keçirəcək.

1. Kimya mühəndisliyi üzrə Bakalavr dərəcəsi(Strasburq universiteti və  ADNSU)

2. Kompyüter elmləri üzrə Bakalavr dərəcəsi (Strasburq universiteti və  ADNSU)

3. Geofizika mühəndisliyi üzrə Bakalavr dərəcəsi (Strasburq universiteti və  ADNSU)

4. Neft və Qaz Mühəndisliyi üzrə Bakalavr dərəcəsi (Renn 1 universiteti və  ADNSU)

Xatırladaq ki, Universitet 2014-cü ilin sentyabrında Fransa və Azərbaycan Respublikasının prezidentlərinin ikitərəfli görüşü  zamanı doğulan iddialı bir lahiyənin nəticəsidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272