SOSİUM

Azərbaycanda işləyən xaricilərin sayı artır
16 SENTYABR
268

Azərbaycanda işləyən xaricilərin sayı artır

2016-09-16 15:20:00
Ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınması prosesi davam etdirilir. Bu ilin avqust ayında əlavə olaraq 305 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, sistemin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı cari ilin 1 sentyabr tarixinə olan statistikaya əsasən 32 836 nəfər təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5% çoxdur. Sistemdə qeydiyyata alınmış əcnəbilərin 88,4%-i kişilər, qalanları qadınlardır.

Fərdi şəxsi hesabı olan əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların sırasında say çoxluğuna görə əvvəllərdə olduğu kimi, yenə də ilk yerləri Türkiyə (15 257 nəfər), Gürcüstan (3 209 nəfər) Rusiya (1 880) vətəndaşları tutur.

Sistemdə Özbəkistan (1752 nəfər), Hindistan (1382 nəfər), İran (1032 nəfər), Çin (909 nəfər), Banqladeş (798 nəfər), Pakistan (690 nəfər), Böyük Britaniya və Şimali İrlandiya (642 nəfər), Ukrayna (539 nəfər), Türkmənistan (315 nəfər), Filippin (293 nəfər), ABŞ (283 nəfər), Almaniya (266 nəfər), Qazaxıstan (250 nəfər), İtaliya (213 nəfər) və s. ölkələrin vətəndaşları da qeydiyyatdadır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275