SOSİUM

ASAN Kommunal Mərkəzləri - TEZLİKLƏ AÇILACAQ
16 SENTYABR
350

ASAN Kommunal Mərkəzləri - TEZLİKLƏ AÇILACAQ

2016-09-16 12:43:00

“SOCAR Capital” şirkəti “ASAN Xidmət” ailəsinə daxil olacaq. Nəticədə Azətbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini təqdim etməklə istiqrazları həm də “ASAN Xidmət” şöbələrindən əldə edə bilərlər. 

Fins.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov səsləndirib. O, “ASAN Xidmət” mərkəzlərində vətəndaşların marifləndirilməsi üçün tədbirlər görəcəklərini bildirib. İ.Kərimovun sözlərinə görə, hazırda “ASAN Xidmət” vasitəsilə 10 dövlət və 270-dən yuxarı özəl şirkət öz xidmətlərini əhaliyə təqdim edə bilirlər:  "Tezliklə Azərbaycanda ASAN Kommunal Mərkəzlərinin açılması gözlənilir. Bu mərkəzlərdə SOCAR-ın tərkibinə daxil olan “Azəriqaz” İstehsalat Birliyi, eləcə də digər kommunal xidmət qurumları da fəaliyyət göstərəcəklər". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275