SOSİUM

Zaqatalada universitet filialı işə düşüb
15 SENTYABR
512

Zaqatalada universitet filialı işə düşüb

2016-09-15 16:57:00

Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının açılışı olub.

Tədbir içtirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılan büstünü ziyarət edərək, gül dəstələri düzüblər.

Dövlət himni səsləndirildikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradov yeni dərs ili münasibəti ilə universitetin pedaqoji heyətini və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Təhsilə dövlət qayğısından söz açan rektor bildirib ki, ölkə başçısının UNEC-in Zaqatala filialına dair sərəncamı universitetə göstərilən diqqət və etimadın nəticəsidir: “Biz, cənab Prezidentin etimadını doğrultmaq üçün var qüvvəmizlə çalışacağıq”.

Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadə regionların inkişafı istiqamətində görülən işlərdən danışıb. Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Zaqatalada fəaliyyətə başlamasını yüksək qiymətləndirib.

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev bildirib ki, filialda Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və Maliyyə ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. Burada ölkənin 37 rayonundan 113 tələbə təhsil alacaq.

Daha sonra çıxış edən tələbə və valideynlər filialda yaradılan şəraiti ölkədə təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Sonda yeni tələbə adını qazananlara tələbə biletləri təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixində imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı UNEC-in Zaqatala filialı hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270