SOSİUM

Ali məktəblər üçün vahid laboratoriya yaradılması gözlənilir
15 SENTYABR
153

Ali məktəblər üçün vahid laboratoriya yaradılması gözlənilir

2016-09-15 09:28:00
Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, vahid infrastrukturun yaradılması məsələsi nəzərdən keçirilir.
 
Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, məqsəd ölkənin ali təhsil sistemində yetişən tələbələrin yalnız öz sahələrində püxtələşmiş mütəxəssis və peşəkar kimi deyil, həmçinin müasir Azərbaycanın layiqli vətəndaşı kimi öz hüquq və vəzifələrini bilən, vətəninə, öz dövlətinə hörmətlə yanaşan bir gənc və şəxsiyyət kimi yetişdirilməsidir.
 
Nazir vurğulayıb ki, bu, birgə işin nəticəsidir: “Əminəm ki, bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Ölkəmizdə bu il iki aparıcı ali təhsil müəssisəsinin yeni filialları fəaliyyətə başlayıb. Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada Azərbaycan Dövlət İqtisad Universitetinin filialı açılıb. Bir yeni ali təhsil müəssisəsi – Fransa-Azərbaycan Universiteti yeni tədris ilindən fəaliyyətə başlayır. Bir sıra ali təhsil müəssisələri daxili transformasiya - öz strukturlarının sağlamlaşdırılması prosesini davam etdirir. Beləliklə, biz potensialımızı artırmaqla, innovasiyaları genişləndirməklə Azərbaycanı regionun təhsil mərkəzinə çevirməyi hədəfləmişik”.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275