SOSİUM

Barak Obamadan Azərbaycan Prezidentinə - TƏBRİK
14 SENTYABR
177

Barak Obamadan Azərbaycan Prezidentinə - TƏBRİK

2016-09-14 18:39:00

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Mişel və mən Sizi, bütün dünya müsəlmanlarını və Həcc ziyarətini uğurla başa vurmuş zəvvarları Qurban bayramı münasibətilə təbrik edirik.
Həcc ziyarəti fərqli mədəniyyətə malik və müxtəlif ölkələrdən olan milyonlarla insanın dualar etmək, dərindən düşünmək və xoş niyyətlərini bölüşmək üçün bir araya gəlməsinin bariz nümayişidir.
Qurban bayramı müsəlmanların İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasını yad etməklə özlərinin savab işlər gördükləri bir xeyriyyəçilik məqamıdır. Birləşmiş Ştatlarda və dünyanın hər yerində milyonlarla müsəlmanın ehtiyacı olanlara yardım etmələri məni ruhlandırır.
Milyonlarla insanın münaqişə və təbii fəlakət nəticəsində evlərini və öz icmalarını itirməsi, yeni yurd-yuva qurmağa çalışması ehtiyacı olanlara yardım etməyə mənən borclu olduğumuzu bizə daim xatırladır. Yardım, fədakarlıq və sülhyaratma bütün etiqadlardan olan insanların ortaq dəyərlərinin əsasını təşkil edir.
Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarını mübarək Qurban bayramı münasibətilə təbrik etmək istərdik.
Qurban bayramınız mübarək, Həcc ziyarətiniz qəbul olsun.
Səmimiyyətlə, Barak Obama.
Amerika Birləşmiş Ştatlarının Prezidenti”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272