SOSİUM

İşə gedərkən yola sərf olunan vaxt iş saatı sayılsın - QƏRAR
14 SENTYABR
1145

İşə gedərkən yola sərf olunan vaxt iş saatı sayılsın - QƏRAR

2016-09-14 10:55:00

Fins.az “BBC”-yə istinadən xəbər verir ki, Avropa Məhkəməsi işə qədər gedilən yolu iş vaxtının bir hissəsi kimi tanınması haqqında qərar qəbul edib. Lakin bu qərar ancaq ayrıca iş ofisi (iş məkanı) olmayan işçilərə, daha dəqiq desək, tərbiyəçi-dayələr, çilingərlər və digər çağırışla (sifarişlə) işləyənlərə aiddir.

Bundan sonra işəgötürənlər tabeliyində olan işçilərin iş cədvəlini gün ərzində onların ilk və son çağırışlarının minimum vaxt aparması və çağırış məntəqələrinin onların evlərinə maksimum yaxın olması ilə tənzimləməlidirlər.

Məhkəmə verdiyi qərarı Avropa İttifaqında (Aİ) qəbul olunmuş işçilərin “Sağlamlıq və Təhlükəsizlik” normativləri ilə əsaslandırır. Mövcud əsas tələblərdən biri odur ki, heç bir Aİ vətəndaşı həftədə 48 saatdan çox işləməməlidir.

Böyük Britaniyada fəaliyyət göstərən vəkil Kris Tuttonun sözlərinə görə onun ölkəsi daha Aİ üzvü olmadığı üçün britaniyalı işəgötürənlər potensial olaraq, bu qərarı rahatlıqla poza bilərlər.

Bu məsələ İspaniyada yerləşən təhlükəsizlik sistemlərinin quraşdırılması ilə məşğul olan “Tuso” şirkətinə qarşı qaldırılmış iddiadan başlayıb. 2011-ci ildə şirkət özünün regionlarda mövcud bütün mərkəzlərini bağlayaraq, əməkdaşlarını ilk çağırışa bir başa evdən getməyə məcbur etdi.

Məhkəməmin qərarı belədir: “İşçilərin iş günlərinin bir başa evdə başlayıb, bitirməsi işəgötürənin iş məkanlarından (ofislərdən) imtina etdiyi səbəbdən baş verir. Onların işəgötürənin qərarına kor-təbii əməl etmələri işçilərin mövcud “Sağlamlıq və Təhlükəsizlik” normativlərinə ziddir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271