SOSİUM

“Bu gün yox, sabah edərəm” pis vərdişini tərgitmək üçün nə etmək lazımdır?
08 SENTYABR
566

“Bu gün yox, sabah edərəm” pis vərdişini tərgitmək üçün nə etmək lazımdır?

2016-09-08 10:48:00
Bir neçə məsləhət vasitəsilə qısa bir zamanda “Bu gün yox, sabah edərəm” pis vərdişinizi tərgidə bilərsiniz.

Adamlarda bu vərdiş fərqli-fərqli səbəblərdən özünü biruzə verir, ancaq nəticə hər dəfə eyni olur. Ya adam işi hansısa bir möcüzəilə ən axırıncı dəqiqədə çatdırır, ya da bütün işi gecikdirir. Bütün mənfi təsirlərə baxmayaraq nədənsə biz bu vərdişimizi tərgidə bilmirik.

Niyə belə olur? Fins.az xarici mətbuata istinadən bu məsələyə aydınlıq gətirir.

“Harvard Business Review” təmsilçisi Kerolayn Uebbin sözlərinə görə bizim beyinimiz əvvəldən işləri sonraya saxlamağa proqramlaşdırılıb. Uebb Kaliforniya Universitetinin tətqiqatlarına istinad edir. Universitetin tətqiqatının nəticələri sübut edib ki, bu gün, bu dəqiqə mümkün olan həzz hissi sabah və ya yaxın gələcəkdə əldə oluna biləcək hər hansısa bir mənfəəti üstələyir. Konkret və abstrakt ideyalar arasında seçimə gəldikdə bizim beyinimiz təbiətən birinciyə üstünlük verir.

Lakin beyinimizin bizə qarşı çıxdığına baxmayaraq, bu pis vərdişi tərgitmək mümkündür. Əgər bu vərdiş insan davranışının bir hissəsidirsə, demək onu idarə etmək mümkündür.

Məsələni uzatmadan mətləbə keçirik. “Bu gün yox, sabah edərəm” vərdişini tərgitmət üçün:

Məsuliyyəti başqa biri ilə paylaşın

Digər biri ilə eyni məqsədləri paylaşmaq, üzərinizə əlavə sosial məsuliyyət təzyiqi götürməkdir. Məhz bu da sizin uğur qazanmanıza yardımçı olacaq.

Çevrənizdə sizinlə eyni məqsədə nail olmağa çalışan bir insan olsa siz avtomatik olaraq sabaha iş saxlamayacaqsınız. Uebb qeyd edir ki, mütəxəssislər bizim instinkt formasında özümüzə qarşı ətrafdakılardan hörmət olunmasını istəyirik və buna nail olmaq üçün sabah yox, bu gün nəsə etmək lazımdır. 

Ona görə də bu və ya digər işi yerinə yetirməmişdən öncə kiməsə görəcəyiniz iş haqqında məlumat verin. Bu nə işdir və siz onu nə vaxta görməyi planlaşdırırsınız? Əgər siz müştəri və ya digər əməkdaşa dəqiq tarixlər desəniz, bu beyninizin həmin tarixlərə köklənməsinə kömək edəcək. Ən yaxşı variant görəcəyiniz iş haqqında rəhbərliyinizə xəbər edin, bu zaman siz öz məsuliyyətinizi tam hiss edərək, işi vaxtında yerinə yetirəcək və uğur qazanacaqsınız.

Tapşırıqları elə formalaşdırın ki, onlar arasında heç nə sizə mümkün olmayan gəlməsin

İlk addımınızı müəyyən edin. Əksər hallarda biz tapşırıqdan qorxduğumuz üçün ondan uzaq durmağa çalışırıq. Görəcəyiniz işlər siyahısına “fransız dilini öyrənmək” bəndi əlavə edə bilərsiniz. Aydındır ki, bu məqsədə nail olmaq üçün 1 gün kifayət etməyəcək. Uebbin sözlərinə görə əsas məsələ böyük bir tapşırığı (məqsədi) daha kiçik hissələrə bölməkdir. Bu zaman ümumi məsələ elə də qlobal və mümkün olmayan kimi gəlməyəcək. Ən yaxşısı isə ilk addımı o qədər sadələşdirməkdir ki, hətta sizin şıltaq beyininiz bu işə xərcləyəniz zəhmətin qazancağınız uğura nisbətini anlasın.

Ona görə də görəcəyiniz işlər siyahınıza “fransız dili öyrənmək” yox, “fransız dili haqqında soruşub, araşdırmaq” yaza bilərsiniz. Bu məqsəd çox asandır və buna nail olmaq üçün elə də böyük zəhmətə ehtiyac yoxdur, lakin bundan sonra növbəti addımı atmaq üçün sizdə daha çox motivasiya olacaq.

Kiçik nailiyyətlərinizə görə özünüzü mükafatlandırın

Beyinimizi ilk addımı atmağa kökləmək üçün bu addımı ürəyiniz istəyən bir şeylə əlaqələndirmək olar. Misal üçün idman zalında ağır məşq zamanı şou-biznes haqqında jurnal oxuya bilərsiniz. Jurnal oxuyaraq müğənni və ya aktyor haqqında əldə edəcəyiniz məlumat sizi idman etmək üçün nə qədər zəhmət çəkməli olduğunuz fikrindən yayındıracaq. Analoji metoddan ağır biri işi görmək üçün də istifadə etmək olar. Özünüzə “Mən bunu bacaracam!” deyin və gözəl bir kafedə əyləşərək, sevdiyiniz içki əlinizdə ağır işinizin ilk addımını atın.

Niyə bu işi etmək istəmədiyinizi aydınlaşdırın

Bəzən olur ki, dəfələrlə eyni məsələyə qayıdır, ancaq yenə də işi görmək üçün ilk addımı ata bilmirik. Beynimizdə bir səs bizə deyir ki, “Hə bu yaxşı şeydir, amma istəmirəm!” Bu zaman bu daxili səslə daha dərindən söhbət edib, sorğu-sual etmək lazımdır. Bunun üçün bahalı psixoterapevtlərə müraciət etməyə ethiyac yoxdur. Siz özünüz psixoterapevtisiniz. Təmkinlə özünüzdən soruşun: Niyə bu işi görmək istəmirəm? Səbəb nədir? Bu üsulu tətbiq edərək, tez bir zamanda problemin məğzina çatacaqsınız. Əksər hallar aydın olur ki, sizin motevasiya nəsə kiçik bir detala görə əziyyət çəkir.

Misal üçün hər səhər siz görəcəyiniz işlər siyahısını tuta bilmirsiz. Özünüzə bir neçə sual verərək aydınlaşdırırsınız ki, bunu hər səhər ailənizlə səhər yeməyini buraxmamaq üçün edirsiniz. Səbəbi müəyyən edəndən sonra beyniniz bu maneəni dəf etməyə çalışacaq. Görəcəyiniz işlər siyahısı axşamdan ya da işə gedən zaman, yolda tərtib edəcəksiniz.

Özünüzə güvənin

Konkret tapşırıq və ya layihə üzərində işləməyinizə maneə olan səbəbləri müəyyən edəndən sonra, qorxu hissinə qalib gəlmək lazımdır. Dəniz piyadaları korpusunun “70% qaydası” metodundan istifadə edin. Əgər qərar qəbul etmək üçün zəruri informasiyanın 70% bilirsinizsə işi yerinə yetirmək üçün 70% resursa maliksinizsə və bunu bacaracağınıza 70% əminsinizsə demək işə hazırsınız. “70% qaydası”nın mənası odur ki, hər zaman, hər şeyə tam hazır olmaq mümkün deyil. Buna görə işi yerinə yetirməmişdən öncə özünüzə güvənin.

“Bu gün yox, sabah edərəm” vərdişininin nəticələrini unutmayın

Mark Tven demişdir: “Birisi günə saxlaya biləcəyiniz işi heç vaxt sabaha keçirməyin”. Bunu həyat kredonuza çevirmək lazım deyil.

Sizə tapşırılmış işin yerinə yetirilməsini son dəqiqəyə qədər uzadacağınız halda nələrin baş verəcəyini düşünün. İstənilən bir sürpriz sizin işi gecikdirməyinizlə yekunlaşacaq və bu da iş imicinizə mənfi təsir göstərəcək.

“Bu gün yox, sabah edərəm” vərdişinizin əks təsiri haqqında nə qədər çox düşünsəniz bir o qədər çalışacaqsınız ki, ondan uzaq durasınız, sizə tapşırılmış işi vaxtında, düzgün yerinə yetirəsiniz. Uebbin sözlərinə görə psixoloqlar bunu “qarşısını almağa diqqət etmək” adlandırırlar.

Bu o deməkdir ki, əksər adamlar gördükləri işdən mənfi təsir almamaq (verməmək) üçün işi görürlər. Bu zaman işin uğur, əldə oluna biləcək mənfəət və digər müsbət tərfələri ikinci plana keçir. Nəticələrin anlayışı siz hər dəfə işi sabah saxlamağa çalışanda özünü biruzə verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275