SOSİUM

Azərbaycanda zəlzələ olub
08 SENTYABR 2016
645

Azərbaycanda zəlzələ olub

2016-09-08 10:21:00

Sentyabrın 7-də saat 20:57-də Zaqataladan 19 kilometr şimal-qərbdə, Balakən ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, zəlzələnin maqnitudası 4,4 bal, dərinliyi isə 4 kilometr olub.

Yeraltı təkanlar Balakən ərazisində 4 bal, Zaqatala ərazisində isə 4 bala yaxın hiss olunub. Zəlzələ episentrə yaxın ətraf rayonlarda isə 3 bala qədər hiss edilib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285