SOSİUM

Ən çox hansı məhkəmə qərarlarından şikayət edirlər?
07 SENTYABR
336

Ən çox hansı məhkəmə qərarlarından şikayət edirlər?

2016-09-07 17:52:00

Konstitusiya Məhkəməsinə 2016-cı ilin birinci yarısı üzrə məhkəmə aktlarından verilən şikayətlər mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır.

Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, bunu Azərbaycan Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyev deyib.

R.Quliyev qeyd edib ki, həmin dövr üzrə Konstitusiya Məhkəməsi Palataları tərəfindən Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə qərardadlar qəbul olunub: "Hazırda 46 şikayət Konstitusiya Məhkəməsinin hakimləri tərəfindən öyrənilir. Bu ilin əvvəlindən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən şikayətdə mübahisələndirilən hər hansı aktların, o cümlədən məhkəmə aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında bir sıra qərar qəbul edilib. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumu tərəfindən sorğu üzrə və məhkəmələrin müraciətləri əsasında da qərar qəbul edilib".

Aparat rəhbərinin sözlərinə görə, ötən illərin təcrübəsi göstərdi ki, ölkə vətəndaşları öz hüquqlarının müdafiəsinin effektiv vasitəsi qismində fərdi şikayət institutundan kifayət qədər səmərəli istifadə edirlər: "Fərdi şikayətlər əsasında qəbul edilmiş qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqların məhkəmə müdafiəsi, o cümlədən məhkəməyə müraciət etmək hüququ, mülkiyyət, əmək, mənzil, torpaq, sosial-təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə təcrübəsi baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb".

R.Quliyev əlavə edib ki, fəaliyyət dövrü ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş 331 qərarın əksəriyyəti məhz Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır:

"Konstitusiya hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qərarlar yalnız fiziki və yaxud hüquqi şəxslərin şikayətləri əsasında qəbul edilməyib. Belə qərarlar həm də səlahiyyətli dövlət orqanları, o cümlədən Ombudsmanın sorğu və müraciətləri əsasında çıxarılıb. Bu bir daha onu göstərir ki, Azərbaycan Respublikasının dövlət orqanları vətəndaşların konstitusiya təminatlarının müdafiəsinə diqqət yetirir. ümumiyyətlə daxil olan şikayətlərlə bağlı qeyd etməliyəm ki, vətəndaşlar getdikcə dövlət tərəfindən təmin edilmiş konstitusiya hüquqlarının müdafiəsi üçün daha çox dövlətdaxili orqanlara, milli məhkəmələrə müraciət etməyə üstünlük verirlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272