SOSİUM

Ekoloji vəziyyət qənaətbəxşdir - HESABAT
07 SENTYABR
120

Ekoloji vəziyyət qənaətbəxşdir - HESABAT

2016-09-07 15:23:00
“Ətraf mühitin çirklənməsi ilə bağlı ekoloji vəziyyət qənaətbəxşdir”.
 
Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib. O bildirib ki, ətraf mühitin çirklənməsi ilə bağlı mütəmadi aparılan monitorinqlərin nəticələrinə görə ölkədə təhlükəli və ekstremal hal mövcud deyil.Direktor müavini qeyd edib ki, ətraf mühitin çirklənməsi ilə bağlı ölkədə stabilləşmə gedir: “Müstəqillikdən sonra ölkədə fəaliyyətə başlayacaq müəssisələrin hamısının minimum tullantılı texnologiyaların tətbiqi ilə fəaliyyətə başlamaları şərt kimi qoyulub. Bizim Ekspertiza İdarəmsir. Azərbaycanda həyata keçiriləcək layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün ekspertiza işləri aparılır. Ekspertiza zamanı ətraf mühitlə iqtisadiyyat arasında tarazlıq pozulması faktı aşkarlanarsa, layihəyə icazə verilmir. Bu gün Mingəçevirdə olan istehsalat sahələrinin bazarı yoxdur deyə, o müəssisələr tam gücü ilə işləmir. Bakı və Sumqayıtda demək olar ki, tullantısız texnologiyalar tətbiq edilir. Bütün bunlar hamısı ətraf mühitin çirklənməsi ilə bağlı stabilləşməyə təsir göstərir”.
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272