SOSİUM

Həyatınızı asanlaşdıracaq - 8 GÜNDƏLİK VƏRDİŞ
07 SENTYABR
358

Həyatınızı asanlaşdıracaq - 8 GÜNDƏLİK VƏRDİŞ

2016-09-07 12:29:00

Sizin bugünkü həyatınız gündəlik ən kiçik qərar və addımlarınızın cəmidən ibarətdir. Hər gün insan bir çox qərarlar verməli olur. Dalbadal təkrar etdiyimiz qərarlar bir müddət sonra artıq vərdişimizə çevrilir. Onların bəziləri ilk baxışda bir qədər mənasız və təsirsiz görünə bilər, lakin məhz bizim vərdişlər gündəlik həyatımızı ifadə edir, bizim gələcək uğur və ya uğursuzluqlarımızı artıq bu gün müəyyənləşdirir. İnsan öz vərdişlərindən ibarətdir bunu unutmaq lazım deyil. 

Biz yaxşı vərdişlərin həyat və şəxsi inkişafımızda oynaya biləcək müsbət rolunu düzgün qiymətləndirmirik. Əslində isə yaxşı (düzgün) vərdişlərin çox böyük təsir gücü var və ilk baxışdan böyük zəhmət tələb etməyən, adi addımları atmaqla siz kifayət qədər böyük nəticələrə nail ola bilərsiniz. 

Məsləhətlərimizə diqqət yetirməklə siz davranışınızı idarə edib, gələcəyinizə müsbət təsir edə biləcək vərdişlərinizi inkişaf etdirə bilərsiniz.

Fins.az sizi daha yaxşı insan edəcək 8 gündəlik vərdişlərlə tanış edir: 

1. Diqqət və müşahidə qabiliyyətinizi inkişaf etdirin 

Ətrafınızda baş verən hər bir hadisəyə diqqət edin. Sizi əhatə edən dünya hadisələr, ideya, söz, hikmət, səhv və duyğularla zəngindir. Kiçik detallara diqqət edərək, onlardan öz mənafeinizə istifadə edin. 

2. İnternetdən çıxın

İlk olaraq bir ay müddətinə bütün sosial şəbəkələrdən imtina edin. Bu zaman günün nə qədər uzun olduğuna özünüz də təəccüblənəcəksiniz. Daha çox boş vaxtınız əmələ gələndən sonra əlavə vaxtınızdan faydalana biləcəksiniz. 

3. İdeyalarınızı yadda saxlayın

Əfsuslar olsun ki, qəfl ağlımıza gələn ideya və fikirlər elə də birdən yadan çıxırlar. Gec olmadan hər bir ideya və fikirlərinizin qeydiyyatını aparın. Onlardan biri gələcəkdə sizə lazım ola bilər. 

4. Yazı yazmağa başlayın

Siz gündəlik nəsə yazırsınızsa demək özünüzdə intizamı inkişaf etdirirsiniz. Çünki yazı yazmaq üçün bir qayda olaraq, intizamlı düşüncə lazımdır. Bu vərdişinizi inkişaf etdirsəniz fikirləriniz dağınıq olmayacaq, əksinə siz onları qruplaşdıracaq və vahid bir struktur formasında təqdim etməyi öyrənəcəksiniz. 

5. Fəaliyyət olmaq vərdişinizi inkişaf etdirin

Hər gün nəyisə fikirləşməklə siz yerinizdə sayacaqsınız, ancaq hər gün nəsə etsəniz, daima fəaliyyətdə olsanız bu sizi irəli aparacaq. Qarşınıza məqsəd(lər) qoyun və hər gün onlara nail olmaq üçün fəaliyyət göstərin. 

6. Oxuyun

Çoxlu oxuyun. Bu vaxta edilmiş ən yaxşı investisiyadır. Gündə oxumağa minimum 30 dəqiqə vaxt ayırın və fərq etməz siz kitab, qəzet və ya jurnal oxuyursunuz. Öz maraqlarınıza uyğun hər gün nəsə oxuyun. Ən ideal variantda yanınızda hər zaman sizə maraqlı olan kitab, qəzet, jurnal gəzdirin. Ya da mobil cihazlarınızın birində elektron kitab yükləyin və boş vaxtınızda onu oxuyun. 

7. Vikipediyadan istifadə edin

Vikipediya maraqlı və faydalı məlumatlar mənbəyidir. Sizə maraqlı olan bir mövzunu seçin və hər gün o mövzuya aid bir məqalə oxuyun. Bununla da siz dünya görüşünüzü genişləndirmiş olacaqsınız. 

8. Rahatlıq zonanızı genişləndirin

Sizin rahatlıq zonanız artıq aydın formalaşıb, lakin bütün inkişaf və yeni imkanlar zonanızdan kənardadır. Ona görə də hərəkətə keçin.

Yaxşı vərdişlərin inkişafı zəhmət, hövsələ və davamlılıq tələb edir. Bu sahədə nəticə əldə etmək çox vaxt apara bilər.Yaxşı vərdişlərinizi inkişaf etdirməyi öyrənsəniz pis vərdişlərinizi tərgitməyə ehtiyac qalmayacaq. 

Mənbə: Insider.pro

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275