SOSİUM

Şəxsi hesabı olan sığortaolunanların sayı sürətlə artır
07 SENTYABR
194

Şəxsi hesabı olan sığortaolunanların sayı sürətlə artır

2016-09-07 11:28:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan hər bir vətəndaşa gələcək etibarlı pensiya təminatı üçün fərdi hesabında pensiya kapitalı formalaşdırmağa imkan verir. Sistemin əhatə etdiyi şəxslərin sayı artmaqda davam edir. Belə ki, sistemdə qeydiyyatda olan sığortaolunanların sayı cari ilin yanvar-avqust aylarında 128 min 964 nəfər, o cümlədən ötən ay 16 min 447 nəfər artaraq 3 milyon 309 min 118 nəfərə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, onlardan 59,4%-i (1 milyon 965 min 824 nəfər) kişilər, qalanları qadınlardır. 

Fərdi şəxsi hesabı açılmış vətəndaşlar sırasında 30-40 yaşlarında olanlar daha çoxdurlar və onlar fərdi uçot sistemində qeydiyyata alınmış şəxslərin 25,2%-ini təşkil edirlər. Həmçinin sistemdə fərdi şəxsi hesabı açılanların 20,4%-i 30 yaşa qədər olanlar, 20,1%-i 40-50 yaş aralığında olanlar, 21,1%-i 50-60 yaş aralığında olanlar, digərləri isə 60 yaşdan yuxarı olanlardır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidməti vasitəsilə vətəndaşlar istədikləri vaxtda fərdi şəxsi hesablarındakı pensiya kapitalı barədə məlumat əldə edə bilirlər. Bu, onlara həmçinin işəgötürənlərin onlar üçün əmək haqqına uyğun həcmdə məcburi dövlət sosial sığorta haqqı köçürdüklərinə nəzarət etmək imkanı verir. Təkcə bu ilin yanvar-avqust aylarında bu e-xidmətdən 94 min 083 dəfə istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272