SOSİUM

İctimai əhəmiyyətli funksiyalar üzrə hüquqi şəxslərin - SİYAHISI
07 SENTYABR
220

İctimai əhəmiyyətli funksiyalar üzrə hüquqi şəxslərin - SİYAHISI

2016-09-07 10:13:00

Nazirlər Kabineti (NK) tərəfindən ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısı təsdiq edilib.

NK-dan verilən məlumata görə, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısının təsdiq edilməsi barədə qərar baş nazir Artur Rasizadə tərəfindən imzalanıb.

Siyahı

Publik hüquqi şəxslər

İctimai birliklər və fondlar

Dini qurumlar

Kredit təşkilatları

Sığorta şirkətləri

İnvestisiya fondları

Qeyri-dövlət (özəl) sosial fondlar

Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər

Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər

Telekommunikasiya xidməti göstərən müəssisələr

Poçt müəssisələri

Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər.

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272