SOSİUM

Dünyanın ən böyük rəqs edən fəvvarəsi açılır
07 SENTYABR
225

Dünyanın ən böyük rəqs edən fəvvarəsi açılır

2016-09-07 09:32:00

Birləşmiş Əmirliklərin Dubay şəhərində dünyanın ən böyük rəqs edən fəvvarəsi açılacaq.

Fins.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə "Meydan Group" İnkişaf Şirkəti bildirib. Hündürlüyü 100 metr, eni 400 metr olan və 30 min kvadratmetr sahəni əhatə edən fəvvarə Dubayın "Meydan One Mall" yeni ticarət kompleksində quraşdırılacaq. Layihənin icrasına 2015-ci ilin avqustunda başlanılıb. Kompleksdə uzunluğu bir kilometr olan dünyanın ən uzun dağ xizək borusu da tikiləcək.

Qeyd edək ki, dünyanın ən böyük və ən hündür musiqili fəvvarəsi də 2009-cu ildə Dubayda istifadəyə verilib. Uzunluğu 275 metr, hündürlüyü 150 metr olan fəvvarə Bürc Xəlifədə yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274