SOSİUM

ABŞ bərpa olunan enerji mənbələrinə keçir - AÇIQLAMA
06 SENTYABR
260

ABŞ bərpa olunan enerji mənbələrinə keçir - AÇIQLAMA

2016-09-06 11:37:00

ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyası tərəfindən “Peregrine” superkompyuterinin köməyi ilə bəzi hesablamalar aparıldıqdan sonra mütəxəssislər belə qənaətə gəliblər ki, 10 il sonra ABŞ-ın şərq elektrik şəbəkəsi öz istehsal gücünün 30 faizini bərpa olunan enerji mənbələri hesabına təmin edə bilər.

Fins.az "Azərtac"a istinadən xəbər verir ki, 100 ildən çox yaşı olan bu şəbəkə dünyada ən böyük elektrik şəbəkələrindən biridir və fasiləsiz işləyir. İlk öncə bərpa olunmayan enerji mənbələri ilə işləyən elektrik stansiyaları elektrik enerjisi generasiya edirdi, bundan sonra öz faydalılığını sübut etmiş külək və günəş elektrik stansiyaları da tədricən ümumi şəbəkəyə daxil edilib.

ABŞ-ın şərq elektrik şəbəkəsi 200 milyondan çox insana xidmət göstərən çox mürəkkəb konstruksiyadır. Buna görə hər hansı dəyişiklik etməzdən əvvəl dəqiq hesablamalar aparmaq lazımdır və bu istiqamətdə işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272