SOSİUM

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - YENİ SİYAHI
05 SENTYABR
923

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - YENİ SİYAHI

2016-09-05 17:46:00
Ədliyyə Nazirliyinin məlumatına görə son 5 ildə 18872 uşağa Yusif adı verilib. Fins.az-ın "Modern"ə istinadən məlumatına görə 2016-cı ildə 2116 oğlan uşağına bu ad verilib.
 
Rəsmi məlumata görə, son 5 ildə 17955 qız uşağına Zəhra adı qoyulub ki, 2016-cı ildə bu rəqəm 1829 olub.
 
Bu müddət ərzində Nuray adı verilən 13626 qız uşağından 1388 nəfəri cari ildə bu adı qazanıb.
 
Oğlanlar arasında Hüseyn adı 12970 sayla ikinci yerdədir. Təkcə 2016-cı ildə 1444 oğlana bu ad verilib.
 
Ölkəmizdə populyarlığını qoruyan Fatimə adına 5 il ərzində 12845 dəfə müraciət olunub. Bu il ərzində 1185 qıza məhz Fatimə adı verilib.
 
Bu müddətdə 12749 oğlana Əli adı verilib ki, 1387 uşaq bu adla rəsmiləşdirib.
 
5 il ərzində 8386 oğlana Ömər adı verilib. Bunlardan da 1086-ı 2016-cı ildə rəsmiləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275