SOSİUM

"Qara siyahı"da olanların 30 faizi media nümayəndələridir
05 SENTYABR 2016
445

"Qara siyahı"da olanların 30 faizi media nümayəndələridir

2016-09-05 15:15:00

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının böyük bir qismi media nümayəndələrinin payına düşür.

Dailykarabakh-ın araşdırmasına görə, Xarici İşlər Nazirliyinin (XİN) "qara siyahısı"na 50 ölkədən 529 nəfər daxildir. Onların 160-dan çoxu media nümayəndələridir.

Əvvəlki kimi, yenə də siyahıya Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya başçılıq edir. Belə ki, Rusiyadan 130-dan artıq şəxs XİN-in "qara siyahısı"ndadır. Siyahıda nöbəti yerləri ABŞ, Almaniya, İtaliyaya, Fransa və digər ölkələr tutur.

Son 11 ayda "qara siyahı"da 30-a yaxın insan artıb.

Mənbə: Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296