SOSİUM

Kolleclərə 5 dəfə çox ərizə verilib
05 SENTYABR
266

Kolleclərə 5 dəfə çox ərizə verilib

2016-09-05 15:01:00

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, 2016/2017-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 1220 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5629 abituriyent ərizə təqdim edib. Onlardan 1077 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar sentyabrın 6-dan 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272