SOSİUM

“Elektron hökumət”dən ombudsmana müraciət etmək imkanı yarandı
02 SENTYABR
162

“Elektron hökumət”dən ombudsmana müraciət etmək imkanı yarandı

2016-09-02 11:04:00

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) “Elektron hökumət” portalı üzərindən müraciət etmək imkanı yaradılıb.

Hər bir istifadəçi - Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə hüquqi şəxslər təklif, ərizə və şikayətləri ilə portal üzərindən ombudsmana elektron formada müraciət göndərə biləcəklər.

Bunun üçün portalda “İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman” təsisatı tərəfindən təqdim edilən “Ombudsman aparatına elektron müraciət” xidməti seçilir. Açılan pəncərədə istifadəçi qaydaları ilə tanış olub “növbəti” düyməsini seçmək lazımdır.

Açılan səhifədə istifadəçi vətəndaşlıq statusunu - məsələn “Azərbaycan Respublikasının vətəndaşı” seçərək, şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodunu qeyd edib, “növbəti” düyməsini seçir.

Yeni səhifədə istifadəçi özü haqqında məlumatı qeyd edərək, müraciətin növünü, ilkin yoxsa təkrar müraciət olduğunu seçir, mürciətin mətnini qeyd edib, göndər düyməsinin üzərinə vurmaqla şikayət, ərizə və təklifini ombudsmana göndərmiş olur.

Qeyd edək ki, xidmət qeydiyyatsız olsa da, göndərilmiş müraciətin tarixçəsinə baxmaq üçün təqdim olunan autentifikasiya vasitələrinin birindən istifadə edərək portaldan qeydiyyatdan keçmək tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272