SOSİUM

Bakıda “Mühasiblər Forumu–2016” keçiriləcək
02 SENTYABR
578

Bakıda “Mühasiblər Forumu–2016” keçiriləcək

2016-09-02 09:07:00

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (AMRPA) təşkilatçılığı ilə noyabrın 11-də Bakıda “Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi” mövzusunda “Mühasiblər Forumu – 2016” keçiriləcək.

Forumda müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə ediləcək. Bu ildən etibarən Mühasiblər Forumu müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşü, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar mövzuların müzakirəsi üçün platforma qismində çıxış edəcək.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275