SOSİUM

Bələdiyyə borcluların siyahısını KİV-də dərc edəcək- YENİ QƏRAR
31 AVQUST
392

Bələdiyyə borcluların siyahısını KİV-də dərc edəcək- YENİ QƏRAR

2016-08-31 17:24:00

Suraxanı rayon Qaraçuxur bələdiyyəsi borcluların siyahısını  KİV-də dərc etməyə qərar verib. Bələdiyyə sədrinin verdiyi məlumata görə, indi 11 nəfər fiziki şəxs haqqında məhkəmə icraçılarına müraciət edilib:

"Onların arasında iki şadlıq evinin sahibi də var. Birinin 6 153 manat, digərinin isə 6 000 manat bələdiyyəyə borcu qalıb".

Sədr ilkin olaraq onların və digər borcluların adlarını çəkməsə də, yaxın gələcəkdə siyahının KİV-ə dərc edilməsi üçün göndərəcəklərini bildirirb.

Digər 9 nəfərin borcu isə 124-492 manat  aralığında dəyişir.

“Sakinlərimiz arasında ciddi şəkildə maarifləndirmə işləri aparırıq. Hazırda elə də ciddi irəliləyişə nail ola bilməmişik. Çünki kifayət qədər borcu olan vətəndşalarımız var. İndi onlarla bağlı Məhkəmə icraçılarına müraciət etmişik. Digər 100 nəfərin də sənədləri hazırlanır.”

Mənbə: Belediyye.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275