SOSİUM

Kolleclərin də “planı” boş qaldı
31 AVQUST
304

Kolleclərin də “planı” boş qaldı

2016-08-31 12:45:00

Kolleclərə ayrılan plan yerləri tam dolmayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından fins.az-a verilən xəbərə görə, tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb. Bildirilib ki, 1 068 nəfər abituriyent qəbul olduğu orta ixtisas məktəbində qeydiyyatdan keçməyib. Beləliklə, boş qalan plan yerlərinin sayı ümumilikdə 1220-dir. Çünki 152 plan yeri əvvəldən boş qalmışdı. Xatırladaq ki, kolleclər müsabiqədə iştirak edən, lakin qəbul ola bilməyən abituriyentlərin sayı 11 min nəfərə yaxındır.

Həmin abituriyentlər boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 4 sentyabr saat 23:59 dək ixtisas seçimi aparılacaq. İxtisas seçiminə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-cı ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar. Kolleclərin boş qalan plan yerlərinin siyahısı 01 sentyabrda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275