SOSİUM

Bakıda universitet tələbələri təhsil haqqından azad etdi
30 AVQUST
3360

Bakıda universitet tələbələri təhsil haqqından azad etdi

2016-08-30 17:44:00

Xəbər verdiyimiz kimi, bu il ali təhsil müəssisələrinə ayrılan pıan yerləri  tam dolmayıb. Bunlar əsasən, özəl  universitetlərdir. 

Fins.az-ın məlumatına görə, artıq bəzi təhsil müəssisələri təhsil haqlarını endirməyə qərar verib. Siyahıda sonuncu olan "Odlar Yurdu" Universiteti ilk olaraq emdirim aksiyasına başlayıb.

Universitet rəhbərliyindən  verilən açıqlamaya görə, təhsil haqlarının aşağı salınacaq:

“Plan yerinin dolmaması təbii ki, təsirsiz ötüşməyəcək. Ancaq universitetin nəzdində Odlar Yurdu Kolleci, lisey və Britaniya Məktəbi fəaliyyət göstərir, bu təhsil ocaqlarında sözügedən problem yoxdur”. 

Universitet artıq endirim kampaniyalarına start verib. "Odlar Yurdu"ndan verilən rəsmi açıqlamaya görə, I turda qəbul olunan tələbələr 4 il ödəniləcək təhsil haqqının 20%-indən azad olunublar. II turda boş qalan yerlərə qəbul olunanlar isə I kursun ödənişlərindən azad ediliblər.

Universitetdə digər bir yenilik isə bütün ödənişli əsaslarla oxuyan tələbələrə şamil olunub: əla qiymətlərlə oxuyan tələbələr növbəti ilin təhsil haqqından azad ediləcək.

Xatırladaq ki, 2016/2017-ci tədris ili üzrə "Odlar Yurdu" Universitetinə ayrılan plan yerlərinin  cəmi 11 faizi dolub. 

Eləcə də bax: 1300 nəfərdən çox abituriyent – KOLLECƏ GETMƏDİ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272