SOSİUM

Təhsil Nazirliyi ekspertlər axtarır – SİYAHI
30 AVQUST
390

Təhsil Nazirliyi ekspertlər axtarır – SİYAHI

2016-08-30 17:13:00

Təhsil Nazirliyi (TN) dərsliklərin qiymətləndirilməsi üzrə ekspertlər axtarır. Nazirlikdən fins.az-a verilən  xəbərə görə,  kitablar “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən TN-nin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurasında qiymətləndiriləcək. 

Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilən ekspertlər dərslik komplektlərinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

Xidmәtlәr dekabrın 31-dək aşağıdakı istiqamәtlәr aparılacaq: 

1. Ümumi tәhsilin ibtidai tәhsil sәviyyәsi üzrә ekspert xidmәtlәri;

2. Ümumi tәhsilin ümumi vә tam orta tәhsil sәviyyәlәrindә tәdris olunan aşağıdakı fәnlәr üzrә

ekspert xidmәtlәri:

• Azərbaycan dili (tədris dili kimi)

• Azərbaycan dili (dövlət dili kimi)

• Ədəbiyyat

• İngilis dili (əsas xarici dil kimi)

• Alman dili (əsas xarici dil kimi)

• Fransız dili (əsas xarici dil kimi)

• Rus dili (əsas xarici dil kimi)

• Riyaziyyat

• İnformatika

• Ümumi tarix

• Azərbaycan tarixi

• Coğrafiya

• Fizika

• Kimya

• Biologiya

• Fiziki tərbiyə

• Texnologiya

• Həyat bilgisi

• Musiqi

• Təsviri incəsənət

• Gənclərin çağırşaqədərki hazırlığı

• Русский язык (как язык обучения)

• Литература

• Математика

• Информатика

• Всеобщая история

• История Азербайджана

• География

• Физика

• Химия

• Биология

• Физическое воспитание

• Технология

• Познание мира

• Музыка

• Изобразительное искусство

• Допризывная подготовка молодежи

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274