SOSİUM

1300 nəfərdən çox abituriyent – KOLLECƏ GETMƏDİ
30 AVQUST
343

1300 nəfərdən çox abituriyent – KOLLECƏ GETMƏDİ

2016-08-30 12:13:00

Tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Tələbə Qəbulu üzrə Döv lət Komissiyasından fins.az-a verilən xəbər görə, kolleclərə qeydiyyatı bu gün saat 17 00-da başa çatacaq. 30 avqust saat 11:00-a olan məlumata görə, tam orta təhsil bazasından kolleclərə daxil olan 5 526 nəfər qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

Eləcə də bax: Tələbələr üçün təhsil kreditləri dayandırıldı – GƏRGİNLİK

Qeyd edək ki, bu il 6 838 abituriyent kolleclərə qəbul olub. Onlardan 1 312 nəfəri hələ də qeydiyyatdan keçməyib.

 

Qeydiyyat bu gün saat 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275