SOSİUM

Bakı Olimpiya Stadionunda – EVLİLİK TƏKLİFİ ETDİ
30 AVQUST
487

Bakı Olimpiya Stadionunda – EVLİLİK TƏKLİFİ ETDİ

2016-08-30 10:38:00

Bakı Olimpiya Stadionunda toy mərasimi təşkil ediləcək. Lakin hələlik toyun vaxtı və cütlüklərin adları açıqlanmır. Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva fins.az-a bildirib ki, stadionda toy etməklə bağlı bir neçə müraciət olub: “Lakin hələki konkret qərar verilməyib. Kimin, nə vaxt burada toy təşkil edəcəyi dəqiq məlum deyil”.

Departament rəhbəri bu günlərdə stadionda evlilik təklifi mərasiminin təşkil edildiyini deyib. Lakin mərasimin kimə aid olduğunu açıqlamayıb. Toy etmək üçün müraciət edən vətəndaşların da adları açıqlanmır. Toy keçirilməsi üçün sifariş qiymətlərinə gəlincə, qurum rəsmisi bunun fərdi olaraq hesablandığını bildirib: "Biz yalnız yer veririk. Hansısa mərasimin keçirilməsi üçün məbləğ sifarişçi ilə təşkilatçı şirkət arasında fərdi olaraq müəyyən edilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274