SOSİUM

Bakıda I Avrasiya konfransı keçirilir
29 AVQUST
245

Bakıda I Avrasiya konfransı keçirilir

2016-08-29 10:06:00

Bu gündən Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı başlayıb. 

Fins.az-ın məlumatına görə, konfransda Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlər və bu mövzu ətrafında müzakirələr aparılır. 

Bundan başqa, konfransda son zamanlar neftin ucuzlaşması və ucuz neft fonunda Xəzər regionunun Avropa və dünya bazarlarında əsas enerji tədarükçüsü olaraq qalması, neft və təbii qazın qiymət dinamikası və gözləntilər, Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının kəşfiyyatı, regionda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, regional enerji təhlükəsizliyi mövzuları ətrafında da fikir mübadiləsi aparılacaq. 

Konfransda neft iqtisadiyyatı, enerji geosiyasəti, enerji bazarları və onların tənzimlənməsi, qaz təchizatı və nəqliyyat problemləri, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti, enerji qənaətli tələbi iqtisadi artım, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər də müzakirə olunacaq.

Konfrans avqustun 31-dək davam edəcək. 

Qeyd edək ki, İnformasiya Agentliyi Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransının media sponsorlarından biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272