SOSİUM

Böhrandan bəhs edən ən yaxşı 7 film
26 AVQUST
442

Böhrandan bəhs edən ən yaxşı 7 film

2016-08-26 14:53:00

2008-ci ilin Sentyabr ayında ABŞ-ın iri investisiya bankı Lehman Brothers-ın batması ilə baş verən maliyyə böhranı, təkcə ABŞ-da deyil, dünyanın hər yerində təsirini göstərdi. Məhz dünyanın qarşı-qarşıya qaldığı ən böyük böhranlardan biri olaraq tarixə keçən prosesdən bəhs edən 7 film.

Big Short (Böyük Açıq)

Micheal Lewis-in eyni adı daşıyan kitabına əsasən çəkilən film, qlobal böhranın inkişafını görən dörd adamın gözündən iri bir sistemin böhranın inkişafına qarşı necə kor olduğunu göstərir.

IMDB xalı: 7.8

Capitalism: A Love Story (Kapitalizm: Bir Sevgi Hekayəsi)

2009-ci ildə Michael Moore tərəfindən sənədli film janrında çəkilən film, 2008 İqtisadi Böhranının cəmiyyətə əks olunması məsələsindən bəhs edir. Məsələnin bankların mövqeyi əvəzinə, cəmiyyət tərəfindən işıqlandırılması filmi fərqləndirən ən mühüm xüsusiyyətlərindən biridir.

IMDB xalı: 7.4/10

Wall Street: Money Never Sleeps (Birja: Pul Əsla Yatmaz)

1987-ci il istehsalı olan "Wall Street" filminin davamı olaraq 2010-ci ildə çəkilən film, 2008 İqtisadi Böhranını əfsanə xarakter Gordon Gekko üzərindən təqdim edir.

IMDB xalı: 6.3/10

İnside Job (Daxili İşlər)

Charles Ferguson-ın 2010-ci ildə tamaşaçı ilə görüşən filmi ABŞ iqtisadi sistemindəki korrupsiyanın nəticələrini nümayiş etdirir.

IMDB xalı: 8.3

Margin Call (Oyunun Sonu)

Kevin Spacey-in baş rolda olduğu film, 2008 iqtisadi böhranının baş verdiyi gün Amerikalı bir investisiya bankında baş verənlər ətrafında formalaşır.

Too Big to Fail (İtirə bilmək üçün çox böyük)

2011-ci il istehsalı olan film, Andrew Ross Sorkin-in "Too Big to Fail: Inside the Battle to Save Wall Street" adlı kitabı əsasında çəkilib. Film, ABŞ-ın xəzinə naziri Henri Paulsonın böhran prosesindəki yaşadığı hadisələrdən bəhs edir.

IMDB xalı: 7.4/10

The Flaw (Qüsur)

Adı  keçmiş Fed sədri Alan Greenspan-ın 2008-də Konqresdə etdiyi çıxışdan götürülən sənədli filim qlobal böhranın səbəblərini araşdırır.

IMDB xalı: 7.4

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272